Okaber

Okaber

Okaber (tam adı: Orxan Mustafazadə; 18 iyun 1987, Marneuli) — Azərbaycanlı reper.[1]

Okaber müxtəlif dövrdə Qara Dərviş, Xpert və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Həyatı

Erkən illəri

1987-ci il iyun ayının 18-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 2005-ci ildən 2009-cu ilə qədər Odlar Yurdu Universitetində təhsil almışdır.

Yaradıcılığı

2005-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 2005-ci ildən 2011-ci ilə qədər R. O. C (Rap Out Clan) qrupunun tərkibində çıxış edib.

2011-ci ildə qrup dağıldığdan sonra, karyerasını solo işlərə başlayıb.

2012-ci ildə Qaraqan, RG, Əli Xəyyam və AiD ilə biryerdə "MadHouse Community"-nin ilk üzvlərindən birinə çevrilir. Hazırda müstəqil artist kimi fəaliyyət göstərir.